“Başlayırlar narahat olmağa...” – Azərbaycanlılar “dollar bahalaşacaq” xofundan niyə qurtula bilmir?

saytların hazırlanması

Evə çatdırılma

“Başlayırlar narahat olmağa...” – Azərbaycanlılar “dollar bahalaşacaq” xofundan niyə qurtula bilmir?

İqtisadiyyat

30 İyul 2026 13:21 241


Mərkəzi Bankı rəhbəri Taleh Kazımov əminliklə bildirir: “İnsanlar da başlayır narahat olmağa və hamı axırıncı manatını götürüb qaçır valyuta mübadilə məntəqələrinə dollar alır, bir həftədən sonra isə satır. Mən istəyirəm bunu çox sadə dildə izah edim. Bunun üçün hər hansı fundamental əsas yoxdur”.

Bəzi iqtisadçılar buna əks fikir söyləyir: “Əgər fundamental əsas yoxdursa, niyə ABŞ dollarının kursu sərbəst buraxılmır?” Hətta üzən məzənnə siyasətinin mövcudluğuna belə şübhə ilə yanaşılır.

“Mərkəzi Bankın əsas vəzifələrindən biri milli valyutanın məzənnəsini müəyyən etmək və ona nəzarət etməkdir. Dünyanın bütün mərkəzi bankları öz ölkələrinin valyutasının məzənnə siyasətini həyata keçirirlər və bu, onların əsas funksiyalarından hesab olunur. Hazırda manatın məzənnəsi ilə bağlı ciddi təhlükə yoxdur. Çünki Dövlət Neft Fondunun və Mərkəzi Bankın birlikdə valyuta ehtiyatları 80 milyard dollardan çoxdur. Bu da dövriyyədə olan manat kütləsindən dörd dəfədən artıqdır”. Toyuqlu pizza

Bunu “Yeni Sabah”a iqtisadçı Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, mövcud məzənnənin kifayət qədər güclü təminatı var:

“Bununla belə, gələcəkdə hansı proseslərin baş verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Azərbaycanda üzən məzənnə rejimi tətbiq edilmir. Bunun əsas səbəbi ölkəyə xarici valyuta axınının əsasən neft gəlirlərindən formalaşmasıdır. Xarici bazarlarda ölkəyə böyük həcmdə valyuta gətirən digər ixrac sahələri kifayət qədər inkişaf etmədiyindən, tam üzən məzənnə rejimi mövcud iqtisadi şəraitdə effektiv hesab edilmir”.

Ə.Həsənov qeyd edib, manata olan inamın artmasının əsas səbəblərindən biri son illərdə məzənnənin sabit qalmasıdır:

“2017-ci ilin fevral ayından etibarən manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1,70 səviyyəsində qorunub saxlanılır. Faktiki olaraq manat dollara bağlanmış valyuta kimi fəaliyyət göstərir. Buna görə də dollar dünya bazarında bahalaşdıqda manat da digər valyutalara nisbətdə möhkəmlənir, dollar ucuzlaşdıqda isə manat da digər valyutalara nisbətdə dəyər itirir”.

Ekspertin fikrincə, son illərdə manatla əmanətlərin həcmi də artıb:

“Bu artım təkcə manata inamın yüksəlməsi ilə bağlı deyil. Eyni zamanda, manat əmanətləri üzrə faiz dərəcələri 10-12 faiz olduğu halda, xarici valyutada yerləşdirilən əmanətlər üzrə faizlər təxminən üç dəfə aşağıdır. Bu da vətəndaşların manatla əmanət saxlamağa daha çox üstünlük verməsinə səbəb olur. Buna baxmayaraq, son illərdə manata olan etimadın da müəyyən qədər artdığı müşahidə edilir”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!