Baxçalarda tərbiyəçilərin işə qəbulu: Müsabiqənin vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Baxçalarda tərbiyəçilərin işə qəbulu: Müsabiqənin vaxtı açıqlandı

Sosial

12 Yanvar 2024 17:36 566


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayacaq.   

Yenisabah.az xəbər verir ki, 2023-cü ildə keçirilən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu  üzrə müsabiqənin test imtahan mərhələsində uğur qazanmış (35 və daha çox bal toplayan) namizədlərin müsahibə mərhələsinə 15.01.2024-cü il tarixdən start veriləcək.

Test imtahan mərhələsində uğur qazanan və dekabr 12-dək müsahibə və vakansiya seçimi müraciətlərində qeydiyyatdan keçən namizədlər bal ardıcıllığına uyğun olaraq müsahibə mərhələsinə dəvət olunacaqlar. Pepperoni pizza

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğunluğu barədə qərar veriləcək.  Müsahibənin nəticəsi namizədin şəxsi kabinetinə göndəriləcək. 

Nəticələrlə bağlı müraciətlərə müsabiqə başa çatdıqdan sonra Apelyasiya Komissiyası tərəfindən bir həftə ərzində baxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!