ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu rəsmən açıqlayıb.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Mən ABŞ prezidenti vəzifəsinə yenidən seçilmək üçün namizədliyimi irəli sürəcəyəm”, - deyə prezident söyləyib. pizza sifarişi
Amerikanın aparıcı mediası Baydenin planlarını aprelin 25-də, yəni 2020-ci ildə dövlət başçısı seçkilərində iştirakının elan edilməsindən düz 4 il sonra açıqlayacağını proqnozlaşdırıb.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Keçmiş prezident Donald Tramp artıq 2022-ci ilin noyabrında ölkənin ən yüksək vəzifəsinə namizəd olacağını bəyan etmişdi.
Bayden indiyə qədər yalnız yenidən seçiləcəyini gözlədiyini eyham edib. O, uğur qazansa, ikinci prezidentlik müddətinin sonunda Ağ Evin sahibinin 86 yaşı tamam olacaq.
Telegram kanalımız