Prezident Co Baydenin 81-ci doğum günü onun yaşı və idrak qabiliyyətinin azalması ilə bağlı daha çox müzakirələrə səbəb olub.
Yenisabah.az Fox News-a istinadla xəbər verir ki, bunu Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson bildirib.
O deyib: “Mən 3 prezidentin sağlamlığının qayğısına qalmışam, ona görə də baş komandan və dövlət başçısı olmağın nə demək olduğunu yaxşı bilirəm. Bu həm zehni, həm də fiziki cəhətdən yorucu işdir. Bayden bu işi görə bilmir. O hər gün bu işi bacara bilməyəcəyini sübut edir, amma vəziyyət daha da pisləşəcək”. pizza
R. Cekson Buş, Obama və Tramp administrasiyaları dövründə həkim kimi çalışıb və əvvəllər Baydenin idrak qabiliyyətləri barədə həyəcan təbili çalıb, hətta ondan idrak testindən keçməsini və ya 2024-cü il yarışından çəkilməsini tələb edib.
"Bu adamı daha 4 il hakimiyyətdə saxlaya bilmərik. O, artıq bizi böyük risk altında qoyur”, - deyə həkim əlavə edib.
Telegram kanalımız