Bayden tacqoyma mərasiminə getməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Bayden tacqoyma mərasiminə getməyəcək

Dünya

10 Aprel 2023 14:41 485


Co Bayden Böyük Britaniya kralı III Çarlzın may ayında keçirilməsi planlaşdırılan tacqoyma mərasimində iştirakdan imtina edib.

Yenisabah.az “British Express” qəzetinə istinadla xəbər verir ki, Ağ Ev rəhbərinin bu qərarı birmənalı qarşılanmayıb.

Britaniyalı mühafizəkar parlamentarilər qərarı arxadan vurulan zərbə kimi qiymətləndirib və bundan narahatlıqlarını dilə gətirib. pizza hut

Onların fikrincə, ABŞ lideri bu şəkildə Böyük Britaniya ilə münasibətlərə əhəmiyyət vermir, hörmətsizlik göstərir.

C. Bayden aprelin 11-də Belfast sazişinin ildönümü tədbirində iştirak etmək üçün Şimali İrlandiyaya gedəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!