Bayrama görə aprel ayının müavinət, təqaüd və ünvanlı yardımları tam ödənildi

saytların hazırlanması

Evə çatdırılma

Bayrama görə aprel ayının müavinət, təqaüd və ünvanlı yardımları tam ödənildi

Sosial

20 Aprel 2023 18:50 794


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.

Yenisabah.az xəbər verir ki, bu barədə ƏƏSMN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 14-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların aprel ayının pensiya ödənişləri həyata keçirilib. Dominos pizza

Beləliklə, bu ayın bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!