Bayramov-Mirzoyan görüşündə diqqətçəkən detal

saytların hazırlanması

Evə çatdırılma

Bayramov-Mirzoyan görüşündə diqqətçəkən detal

Siyasət

25 Sentyabr 2026 16:34 121


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanın Nyu-Yorkda keçirilən görüşündən yayılan fotolarda diqqətçəkən məqam müzakirə mövzusuna çevrilib.

Belə ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutan görüş zamanı nazirlərin əyləşdiyi masada nə Azərbaycan, nə də Ermənistan bayrağı olub. Həmçinin əvvəlki görüşlərdə də sözügedən mənzərəyə şahid oluruq.

Bəs görəsən, səbəb nədir? Protokol qaydası, yoxsa təsadüf? Marqarita pizza

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bayraqların görüş zamanı istifadə edilməməsinin səbəbi Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin hələ qurulmaması ilə bağlıdır.

Bu detal ilk baxışda protokol məsələsi kimi görünsə də, məsələnin arxasında iki ölkə arasındakı münasibətlərin hazırkı hüquqi-diplomatik statusu dayanır. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişədən sonra münasibətlərin normallaşdırılması istiqamətində siyasi proses başlasa da, iki ölkə arasında diplomatik münasibətlər rəsmən hələ yaradılmayıb. Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi məlumatında da Azərbaycanla diplomatik münasibətlərin qurulmadığı qeyd olunur.

Yəni hazırkı mərhələdə Bakı ilə İrəvan arasında birbaşa siyasi dialoq aparılır, yüksəksəviyyəli görüşlər keçirilir və müxtəlif sahələrdə praktiki təmaslar davam edir. Lakin bu, avtomatik olaraq diplomatik münasibətlərin artıq qurulduğu anlamına gəlmir. Məsələnin maraqlı tərəflərindən biri də məhz budur. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətni paraflanıb. Sazişin 5-ci maddəsində tərəflərin ratifikasiya sənədlərini mübadilə etdikdən sonra müəyyən müddət ərzində diplomatik münasibətlər quracağı nəzərdə tutulur.

Başqa sözlə, sülh prosesində irəliləyiş və birbaşa siyasi dialoq mövcuddur, lakin diplomatik münasibətlərin hüquqi rəsmiləşdirilməsi ayrıca mərhələ olaraq qalır.

Ermənistanın "Hraparak" nəşri də Bayramov-Mirzoyan görüşündən sonra bu detala diqqət çəkib. Nəşr Mirzoyanın Nyu-Yorkda digər xarici işlər nazirləri ilə görüşlərində Ermənistan və qarşı tərəfin dövlət bayraqlarının yerləşdirildiyini, Azərbaycan XİN başçısı ilə görüşdə isə belə bayraqların olmadığını yazıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 24-də Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşüblər. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər 2025-ci il Vaşinqton Sülh Sammitindən sonra əldə olunan irəliləyişi nəzərdən keçirib, Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yetiriblər. Həmçinin ticarət və tranzit əlaqələri, müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviqi imkanları müzakirə olunub. Nazirlər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!