Dövlət İmtahan Mərkəzi avqustun 9-da rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək.
"Yeni Sabah" xəbər verir ki, imtahanın II mərhələsində iştirak etmək üçün 996 namizəd qeydiyyatdan keçib. Onlardan 360 nəfəri oğlan, 636 nəfəri qızdır.
831 namizəd Azərbaycan bölməsinin, 165 namizəd rus bölməsinin, 426 namizəd cari ilin, 570 namizəd isə əvvəlki illərin məzunudur. 3 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 957, Naxçıvan şəhərində isə 39 namizədin imtahan verəcəyi gözlənilir. Dominos pizza
Bu mərhələdə iştirak edəcək 996 nəfərdən 314 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 682 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.
Telegram kanalımız