Bazarda kilosu 70 manata olan gilasın özəlliyi nədir?

saytların hazırlanması

Evə çatdırılma

Bazarda kilosu 70 manata olan gilasın özəlliyi nədir?

Sosial

05 May 2023 08:16 1382


Həmişə bazarlarda mövsümü olmayan meyvələr bahalığı ilə seçilir.

“Yeni Sabah” XəzərXəbər-ə istinadən bildirir ki, bazara yerli gilas çıxarılıb. Kilosu 70 manata təklif olunan meyvənin ucuzları da var, axtarsanız kilosunu 20 manata da tapmaq olar. “Ancaq ölçüsü və dadında fərq olacaq”.

Satıcılar bildirir ki, satılan gilaslar Şəmkir məhsuludur. Onların sözünə görə, alıcıları kifayət qədərdir. Satılan gilas istixanada yetişsə də, ağacdan dərilir. pizza hut

Piştaxtada mövsümü olmayan tuta da rast gəlmək olur. Onun da kilosu 15 manatdan başlayır. Göyçay və Sabirabad məhsuludur. “Alıcılar isə qiymətlərin bahalığından gileylidirlər.”

Satıcılar bildirdilər ki, 2 həftədən sonra gilasın və tutun qiyməti kəskin ucuzlaşacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!