Bazarda meyvə-tərəvəzin qiyməti niyə ucuzlaşmır? 

saytların hazırlanması

Evə çatdırılma

Bazarda meyvə-tərəvəzin qiyməti niyə ucuzlaşmır? 

Sosial

19 İyun 2023 09:08 698


Paytaxtın 8-ci kilometr bazarında bu məhsul boldur.

Mövsümün vazkeçilməzi olan yemiş və qarpız bazarda boldur. Yemişin kiloqramı 1.30-160 arası dəyişir. Qarpızın kiloqramına gəlincə, 50-55 qəpik arasında dəyişir. 

Şaftalının qiyməti 1.50 dən başlayır. Ərik isə satıcılar deyir ötən mövsümlə müqayisədə daha ucuzdur. Bundan başqa pomidor və xiyarın da qiymətində ucuzlaşma olduğunu deyirlər. pizza

Beləliklə lobyanın qiyməti 2 manat, kabakın kiloqramı 60 qəoik, gül kələmi 2 manat, badımcan iki manta təklif olunur. Göyərtinin 5 ədədi 1 manat, yaşıl bibər 1.50 qəpikdir. Göbələk 4-4.50 satılır.

Kartof və soğana gəlincə qiymət dəyişmir.

Alıcılar isə deyir ki, bu məhsul bol olsa da qiymətlər də artım var . Bir sözlə alıcılar qiymətin baha, alıcılarlar isə ucuz olduğunu deyir. Görünən isə odur ki, keyfiyyətli malın qiyməti həmişə olduğu kimi baha, az keyfiyyətli isə ucuz təklif olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!