Bazardan alınan məhsullar: Təbiidir, yoxsa təhlükəli? - Alıcıların diqqətinə... 

saytların hazırlanması

Evə çatdırılma

Bazardan alınan məhsullar: Təbiidir, yoxsa təhlükəli? - Alıcıların diqqətinə... 

Sosial

01 Fevral 2024 15:35 631


Əhalinin müəyyən bir qismi alış-veriş etmək üçün bazarlara üz tutur. Bu insanlar adətən bazarda satılan məhsullara marketlərdəki qidalardan daha çox üstünlük verirlər. Alıcılar və satıcılar da həmin məsələnin bir sıra vacib səbəbləri olduğunu bildirirlər. Maraqlıdır, bəs bazardan məhsul almaq gigiyenik cəhətdən doğru sayılır? Hansı məhsulları bazardan almaq sağlamlıq üçün təhlükə yarada bilər? 

Mövzu ilə bağlı qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Yeni Sabah”a açıqlama verib. O qeyd edib ki, bazarda satılan məhsullar təbii və sağlam qidalardır: 

“Biz adətən insanları bazardan alış-veriş etməyə səsləyirik. Çünki kəndlinin əkib-becərib bazara çıxartdığı məhsullar orqanik sayılır. Bu səbəbdən meyvə-tərəvəzin bazardan alınması daha doğru addımdır.  Təbii ki, yalnız bazarda yox, həmçinin, marketlərdə də orqanik məhsullara rastlamaq mümkündür. Ancaq bazara nisbətən bu say orada azlıq təşkil edir. Ərzaq mağazaları əsasən görünüşü gözəl, hibrid məhsulları satışa çıxarır. Məsələn, parafinli alma, hibrid yetişdirilmiş meyvələr və s. bu sıraya məxsusdur. Kəndlinin isə satdığı məhsullar öz torpağımızda yetişir, ölkəyə idxal olunan mallara aid deyil. Əgər Lənkəran limonu axtarırsınızsa, bunu bazarda tapa bilərsiniz. Belə qidaların qiymətində də hibrid oxşarlarına qarşı müəyyən qədər fərq hiss olunur. Bu isə aydın məsələdir. Çünki təbii məhsulun dadı, ləzzəti də fərqlidir. Düşünürəm ki, bu səbəbdən həmin məhsulların qiymətinin baha olması ədalətlidir”.  Dominos pizza

Mütəxəssis açıq havada satılması tövsiyə olunmayan qidalardan da söz açıb:

“Bazar mühitində bəzən riskli qidaların da satışa çıxarıldığını müşahidə etmək olur. Biz ağartı, toyuq, yağ kimi qidaların bazarda, açıq havada satışının əleyhinəyik. Lakin həmin məhsullar soyuducularda saxlanılarsa, yaxud dəzgahlarda bu cür şərait təmin olunsa, sadalanan məhsulların bazarda satışı sağlamlıq üçün heç bir təhlükə yaratmaz”. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!