BDU-nun girişində nəhəng izdiham – “Tələbə üsyanı”na şərh

saytların hazırlanması

Evə çatdırılma

BDU-nun girişində nəhəng izdiham – “Tələbə üsyanı”na şərh

Sosial

29 Sentyabr 2021 10:47 3181


Bu gündən ali məktəblərdə tədris əyani formada həyata keçirilir.

Yenisabah.az xəbər verir ki, tələbələrin universitetlərə girişi COVID-19 pasportu ilə həyata keçirilir.

Bu qayda Bakı Dövlət Universitetinin (BDU) girişində böyük sıxlıq yaradıb.  Marqarita pizza

COVID-19 pasportu yoxlanışı ucbatından BDU-nun əsas qapısında nəhəng izdiham yaranıb.

Bu hal tələblələrin narazılığına və etirazına səbəb olub.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan, yaşı 18-dən yuxarı hər kəs COVID-19 pasportu və ya immunitet sertifikatı təqdim etməlidirlər.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva izdihamla bağlı açıqlama yayıb.

O bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub.  

“Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”, - deyə universitet rəsmisi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!