Dünya bazarında qızılın qiymətində kəskin bahalaşma müşahidə olunur. Bir sıra iqtisadçılar, müşahidə olunan qiymət artımının ən az ilin sonuna qədər davam edəcəyini düşünür. Qızılın bahalaşması bir çox insan üçün bu dəyərli metalı ən sərfəli yatırım vasitələrindən birinə çevirməkdədir. Hazırda ölkəmizdə də qızıl alışında ciddi canlanma özünü göstərir.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, dünya iqtisadiyyatında baş verən təlatümlər qızılı ən sərfəli və güvənli yatırım vasitələrindən birinə çevirir:
“İnsanlar çalışır ki, əllərində olan vəsaiti daha güclü valyuta, yaxud qiymətli metallar formasında saxlasınlar. Bu, təkcə vətəndaşlar deyil, bir çox dövlət üçün də belədir. Sonuncular öz valyuta ehtiyatlarını qiymətli metal formasında, xüsusilə də, qızıl olaraq saxlamağa çalışırlar. pizza hut
Bir neçə ay bundan öncə proqnoz var idi ki, qızılın qiyməti artan dinamika ilə inkişaf edəcək. Bunun da bir sıra siyasi, iqtisadi səbəbləri var. Dünya iqtisadiyyatında baş verənlər insanların öz varidatını daha etibarlı formada saxlamaq zərurətini yaradır. Yəni güclü valyut və qiymətli metallar”.
Ekspert qeyd edib ki, qızılın qiymətin ilin sonuna qədər artımağa davam edəcək:
“Qızıl ilin axırına qədər bahalaşmağa davam edəcək. Azərbaycanda da məlum olduğu kimi, bu tərz məsələlər Mərkəzi Bank tərəfindən tənzimlənir. Amma qızılın hazırki qiymət artımı ümumən dünya trendində olan məsələdir”.
Nazim Hacıyev
Telegram kanalımız