Bədən tərbiyəsi və idman üzrə qabiliyyət imtahanlarında dəyişiklik ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bədən tərbiyəsi və idman üzrə qabiliyyət imtahanlarında dəyişiklik ediləcək

Sosial

18 Yanvar 2024 17:03 482


Azərbaycanda bədən tərbiyəsi və idman üzrə qabiliyyət imtahanlarında dəyişiklik ediləcək.

Yenisabah.az xəbər verir ki, yanvarın 18-də bədən tərbiyəsi və idman istiqaməti üzrə keçiriləcək qabiliyyət imtahanlarını müzakirə etmək məqsədilə Dövlət İmtahan Mərkəzi ilə Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri arasında görüş keçirilib.

Tərəflər müzakirə edilən məsələlər üzrə birgə işlərin görülməsi haqqında razılığa gəlib. Həmçinin nəzərdə tutulan tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi üçün operativ qaydada əməkdaşlığın vacib olduğu bir daha vurğulanıb. Marqarita pizza

Görüşdə müvafiq istiqamətlər üzrə qabiliyyət imtahanı proqramları da təsdiq olunub.

DİM-dən bildirilib ki, qabiliyyət imtahanı proqramları və normativlər yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalında dərc olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!