Gözlərinin içindən cinsiyyət orqanına qədər döymə etdirən və dilini iki yerə bölən çılğın fenomen Ember Lyuk son paylaşımı ilə pərəstişkarlarını bir daha təəccübləndirib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Lyuk bu dəfə vampir dişləri ilə izləyicilərinin qarşısına çıxıb.
Bədəni başdan-ayağa döymə və pirsinqlərlə örtülü olan model özünü "vampir kraliçası" elan edib. Modelin bu paylaşımına milyonlarla bəyənmə və şərh gəlib. Dominos pizza
Avstraliyanın Brisban şəhərində yaşayan 24 yaşlı döymə aşiqi Ember sonuncu dəfə gözünün içini mavi rəngə boyadaraq hər kəsi şoka salmışdı.
İllərdir bədənindəki döymələr üçün təxminən 20 min funt sterlinq (43 min manatdan çox) xərcləyən model bədənini dəyişdirməyə davam edəcəyini bildirib.
Psixoloji problemlərlə mübarizə aparan Ember 16 yaşında həyatına yeni bir istiqamət vermək istədiyini hiss edib və bundan sonra döymə etdirməyə qərar verib.
Telegram kanalımız