Əməkdar artist Bəhram Bağırzadə uşaqlıq illərinə aid arxiv fotosunu paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, 1980-ci ildə Bakıda çəkilmiş fotoda Moskva Olimpiadasından qısa müddət sonra “İnturist” hotelinin məşhur 16-cı mərtəbəsində çəkilib.
Aktyor paylaşımında “İnturist” hotelinin Azərbaycan kinosu ilə bağlı tarixindən söz açıb. O, Rasim Ocaqovun quruluşçu rejissoru olduğu “İstintaq” filminin bəzi səhnələrinin məhz burada çəkildiyini xatırladıb.
Bağırzadə uşaqlıq xatirələrini bölüşüb: “Bu fotoya baxanda uşaqlığımın Bakı şəhərini xatırlayıram – səliqəli geyinmiş uşaqları, böyük ailə toylarını, ağ süfrələri, bayram əhval-ruhiyyəli salonları və əsl xoşbəxtlik hissini.
Xoşbəxt uşaqlıq. Xoşbəxt Bakı. Xoşbəxt insanlar”.
Aydan Hacı
Telegram kanalımız