Əməkdar artist Bəhram Bağırzadə bu gün səhər saatlarında yüksək vəzifəyə təyinat aldığı haqda məlumatın 1 aprel zarafatı olduğunu etiraf edib.
Yenisabah.az xəbər verir ki, aktyor bu haqda üçüncü şəxsin dili ilə sosial şəbəkə hesabında yazıb:
“Mayor rütbəsi ilə DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin rəisi təyin olunan Bəhram Bağırzadə vəzifəsindən azad edilərək, rütbəsi əlindən alınıb.
Onun vəzifədən azad edilməsi 1 aprelin bitməsi ilə bağlıdır, zarafat etdilər və bəsdir! Biz yaşamağa, işləməyə və insanları əyləndirməyə davam edirik.
Uğursuz mayor Bəhram Bağırzadə ona verilən “Bəhram, sən nə işlə məşğulsan?!” sualına “Mən insanlara gülüş bəxş edirəm" - deyə təvazökarlıqla cavab verib”.
Qeyd edək ki, 1 Aprel – bəzi ölkələrdə gülüş günü kimi qeyd edilir. Bu tarixdə adətən müxtəlif zarafatlar edilir.
Telegram kanalımız