Bəhram Bağırzadə özünü yenə də hədəfə gətirdi - FOTOFAKTLAR

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadə özünü yenə də hədəfə gətirdi - FOTOFAKTLAR

Sosial

07 Avqust 2023 14:59 10576


Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə rus dilində etdiyi paylaşımlara görə yenidən tənqid hədəfinə çevrilib.

Yenisabah.az xəbər verir ki, o, aktiv istifadə etdiyi 348 minlik "İnstagram" səhifəsində tez-tez rusdilli paylaşımlar edir.

Bu dəfə həmkarı Azər Məmmədovun görüntülərini paylaşan aktyor tənqidlərə məruz qalıb. Marqarita pizza

İzləyicilərin bir qismi aktyoru rus dilində danışdığı üçün qınaq atəşinə tutub.

Onlar Bağırzadəyə "Bir dəfə görmədik ki, türk dilini təbliğ edəsiniz...", " Ancaq rus dilində paylaşım edirsiniz, kitabları başa düşdük, xaricdə də oxunması üçün belədir, bəs burda azərbaycanlı izləyici kütləsi ola-ola niyə edirsiniz? Çoxmu çətindir ana dilində yazıb-danışmaq?" - kimi şərhlər yazıblar. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!