Bəhram Bağırzadənin “Su haqqında” kitabının təqdimatı keçirildi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadənin “Su haqqında” kitabının təqdimatı keçirildi - Fotolar

Sosial

21 Dekabr 2022 15:18 801


Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “EkoSfera” Sosial-Ekoloji Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə suyun mühafizəsini təşviq etmək məqsədilə bu gün “Möcüzəli su” (“Magic water”) respublika sosial foto-kollaj müsabiqəsinin mükafatlandırma mərasimi və Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadənin “Su haqqında” kitabının təqdimatı keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, foto-kollaj müsabiqəsinin keçirilməsində məqsəd sudan qənaətlə istifadə, su resurslarının səmərəli idarə olunması sahəsində uşaq və gənclər üçün maarifləndirmənin artırılmasıdır. 

“Müsabiqədə I yerə İbrahim Verdiyev, II yerə Nərmin Qasımlı, Səadət Qasımlı, III yerə Əminə Əsədova layiq görülüb və qaliblər diplomla təltif olunub”. Sezar pizza

S.Məmmədova onu da qeyd edib ki, tədbir çərçivəsində Bəhram Bağırzadənin müəllifi olduğu “Su haqqında” kitabında planetimizdə suyun əhəmiyyəti və qorunması, tullantıların su hövzələrini çirkləndirərək ekologiyaya ciddi zərər vurması, eyni zamanda uşaqların suyun qorunması üçün necə kiçik vərdişlərə alışması haqqında tövsiyyələr verilib. 

“Sonda Bəhram Bağırzadə imzalı kitablarını tədbir iştirakçılarına hədiyyə edib”


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!