Bəhram Bağırzadəyə DİN-də yüksək vəzifə verildi - Aprelin 1-də...

saytların hazırlanması

Evə çatdırılma

Bəhram Bağırzadəyə DİN-də yüksək vəzifə verildi - Aprelin 1-də...

Şou

01 Aprel 2023 10:19 121732


Əməkdar artist Bəhram Bağırzadə ona vəzifə verildiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, aktyor bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, o, DİN BDYPİ Qeydiyyat-imtahan idarəsinin müdiri vəzifəsinə təyin edildiyini bildirib:

“Rəsmi! Bəhram Bağırzadəyə yüksək vəzifə verildi! Marqarita pizza

Bəhram Bağırzadə mayor rütbəsi ilə DİN BDYPİ Qeydiyyat-imtahan idarəsinin müdiri (DİN-in Dövlət Qeydiyyat və İmtahan İdarəsinin rəisi) vəzifəsinə təyin edilib. Cənab mayor Bəhram Bağırzadənin özünün dediyi kimi, bu təyinat onun üçün tamamilə sürpriz olub, lakin o, ona göstərilən etimadı doğrultmaq üçün özünü tam şəkildə yeni vəzifənin icrasına həsr etməyə hazırdır”. 

İzləyiciləri isə onun bu paylaşımını gülüşlə qarşılayıb, onlar bunun 1 aprel zarafatı olduğunu bildiriblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!