"Polşa artıq Ukraynanın bir hissəsini kəsib qoparmağa və bütün Belarusu udmağa hazırdır".
Yenisabah.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib: “Polşaya baxın. Bizə qarşı ən aqressiv dövlət. başa düşmürəm niyə? Bizdə etnik polyaklar, normal insanlar var. Pis işləmirlər. Dəlisovları da var, bizdə belə belaruslar da kifayət qədərdir. Normal yaşaya və işləmək olar. Onların, Polşa siyasətçilərinin nəyi əskikdirLiderlərinin reytinqi artıq 30%-dən aşağıdır. Sezar pizza
“Onlar Amerika madyanına minib Avropada çapırlar. Almanlar onsuz da nifrət edirlər, böyür-başlarında görmək istəmir, amma dözürlər. Niyə? Çünki amerikalılar onları dəstəkləyir. Onlar artıq Ukraynanın bir hissəsini kəsib qoparmağa hazırdır, Belarusu bütövlükdə udmağa da. Bu olmayacaq. Müvəqqəti işlərdir. Bu gün orada danışacaq heç kim yoxdur”, - deyə Belarus lideri qeyd edib.
Telegram kanalımız