“Belə getsə, biz qırılacağıq, ancaq varlılar yaşayacaq...”

saytların hazırlanması

Evə çatdırılma

“Belə getsə, biz qırılacağıq, ancaq varlılar yaşayacaq...”

Sosial

03 Mart 2021 23:12 915


Xəbər verdiyimiz kimi koronavirusa yoluxanların sayı yenidən artmaqdadır. İnsanlar yenidən sms icazə sisteminə keçə biləcəyimizə görə narahatdır. 

Yenisabah.az xəbər verir ki, tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov qarşıda pandemiyanın daha iki dalğasının olacağını bildirib:

“Pandemiyanın iki dalğası keçib və qarşıda daha iki dalğası var və bu da olacaq. Bunu kimlər edir, anlamıram. Dünyanı sıfırlamaq istəyirlər. Çalışırlar ki, dünyada bir milyard yarımdan, iki milyarddan artıq insan yaşamasın. Dünyada yeddi milyard əhali var, bunların hamısını məhv etmək istəyirlər. Belə getsə, biz qırılacağıq, ancaq varlılar yaşayacaq. Pepperoni pizza

Bu virus təkcə bizdə yox, bütün dünyada belədir. Bizdə isə insanlar bir nəfər kimi maska taxırlar. Düşünürəm ki, virusa yoluxanların sayı azalacaq və bu dalğadan da az itkiylə çıxacağıq”. /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!