Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 12-yə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 12-yə çatdı

Siyasət

07 Noyabr 2019 13:45 1033


Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 12-yə çatıb.

"Yeni  Sabah"ın xəbərinə  görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov məlumat verib. 

O bildirib ki, Vəhdət  Partiyasının dekabrın 23-ə təyin edilmiş bələdiyyət seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 12-yə çatıb.  pizza hut

Bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!