Bələdiyyə sədri barədə inzibati tənbeh tədbiri tətbiq olundu

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə sədri barədə inzibati tənbeh tədbiri tətbiq olundu

Sosial

26 İyul 2023 19:07 489


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, rayon ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Buynuz kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!