Bələdiyyələrin bu evlərdən əmlak vergisi tələb etməsi qanunsuzdur   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyələrin bu evlərdən əmlak vergisi tələb etməsi qanunsuzdur - RƏSMİ

Sosial

19 Yanvar 2024 10:16 8467


2024-cü il daxil olandan Azərbaycanda bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi ("kupça") olmayan fərdi evlərin sakinlərinə bildiriş göndərərək onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər. Hətta vətəndaşlara təqdim edilən tədiyyə bildirişlərində xüsusi olaraq bildirilir ki, vergini müəyyən edilmiş müddət ərzində ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək. Bununla da, bələdiyyələr vətəndaşları həmin vergilərin onlar tərəfindən qanunauyğun şəkildə toplanıldığına inandırmaq istəyirlər.

Maraqlıdır, bu məsələ qanunvericilikdə necə tənzimlənir? Bələdiyyələrin bu tələbi qanunidirmi?

Dövlət Vergi Xidmətindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir.  Dominos pizza

“Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə əmlak vergisi ödəyirlər.

Xüsusi mülkiyyət anlayışı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 12.1-ci bəndində də dəqiqləşdirilib. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bu baxımdan, əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir”. 

Xidmətdən həmçinin qeyd edilib ki, yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait var. (https://www.taxes.gov.az/az/post/371). Vətəndaşlar bu linkə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gövhər
    Salam. Bələdiyyə sənədi olan 6 sot torpaq sahəmdə yarımtikili ( daşı hörülüb, üstü vurulub) var. Bu torpaq və ev üçün yerli Bələdiyyə idarəsinə əmlak vergisi ödəməliyəm? Xahiş edirəm, cavablandırın.
    7 months ago
  • Qabil
    Bəs həmin evlərdən zibil pulu yığılması necə,qanunidirmi?Həm də ürəkləri istədiyi qiyməti deyirlər.Məsəlçün 3₼ idisə,yeni ildən sonra artıq 5₼ tələb edirlər.
    2 years ago
  • Dadashova Nezaket
    Salam.Xahish edirem ki bu movzular haqda tez tez arashdirma aparasiz.Belke yatmish senedleri kimse,qaldirib baxa..Ferman verilir,Prezidentimiz tapshiriq verir.Qerarlar kaqiz uste qalir.. IShle meshqul olmaq istemirler.Belediyyeden odenish edib aldiqimiz torpaqa rey vermirlerki gedib mulkiyyet huququmuzi tesdiq etdirib, cixarish alib verqimizi odeyek.Dovlete bir xeyirimiz,deye..
    2 years ago
  • Sabina askerova
    Salam evime sened ala bilmirem qonsum qeyri qanuni menim istirakim olmadam torpagi oz adina kecirib indide heddeleyirki evi sokecem cox xahis edirem komek edin
    2 years ago
  • Sabina askerova
    Salam evime sened ala bilmirem qonsum qeyri qanuni menim istirakim olmadam torpagi oz adina kecirib indide heddeleyirki evi sokecem cox xahis edirem komek edin
    2 years ago
  • Sabina askerova
    Salam evime sened ala bilmirem qonsum qeyri qanuni menim istirakim olmadam torpagi oz adina kecirib indide heddeleyirki evi sokecem cox xahis edirem komek edin
    2 years ago
  • Elnur
    Salam. Zəhmət olmasa bələdiyyə torpaqlarına çıxarış verilməsi barədə,prezidentimizdən gözlənilən fərman haqda xəbər yazasınız.Torpağımıza necə çıxarış alaq?
    2 years ago