Yazıçıdan deputata sərt cavab:   “Qadınları hörmətdən salır“

saytların hazırlanması

Evə çatdırılma

Yazıçıdan deputata sərt cavab: “Qadınları hörmətdən salır“

Sosial

20 Oktyabr 2021 15:25 7113


Milli Məclisin deputatı Musa Quliyev ev işlərinə görə kişilərin arvadlarına pul ödəməli olduğu fikrini irəli sürüb. Bu təklifi o, qadın əməyinin qiymətləndirilməsi məqsədilə səsləndirdiyini bildirib. Deputatın bu sözləri birmənalı qarşılanmayıb. Müzakirəyə qatılan kişilərin əksəriyyəti gördükləri ev işlərinin müqabilində qadınlara pul ödənilməsinin doğru olmadığını bildiriblər.

Evdə gördükləri işin müqabilində qadınlara pul ödənilməlidirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən yazıçı-publisist Xeyrəddin Qoca bildirib ki, qadınlar başımızın tacıdır, onlar kişilərdən daha çox iş görürlər. Pepperoni pizza

“Kişilər pul qazanmaq üçün əziyyət çəkirlərsə, onun min qat artığını qadınlar çəkir. Qadınlara ev işlərinə görə pul ödənilməsi fikrini ilk dəfədir eşidirəm. Evi əslində, qadın idarə edir, kişi idarə etmir. Kişi evdə sütun ola bilər, ancaq evi idarə edən, “çəkib-çevirən” qadınlardır. Bu işlərdə qadınlar daha ağıllıdırlar, qənaətcildirlər”.

Yazıçı-publisist qeyd edib ki, qadınların əməyini pulla qiymətləndirmək gülünc bir təklifdir.

“Bu əməyin qarşılığını kişilər heç zaman verə bilməzlər. Buna görə də, pul məsələsi qadını hörmətdən salar. Əgər bu əməyin qiymətləndirilməsi üçün əməkhaqqı kəsilsə, bəlkə də o pul 3-5 manat olacaq. Bu, doğru deyil axı, qadınların əməyini qiymətləndirmək olmaz. Onların əməyi o qədər böyükdür. Onsuz da kişilər bu əməyi qiymətləndirə bilməyəcəklər. Qadına hansısa əməkhaqqının kəsmək yerinə, kişilər tərəfindən xoş söz, incə davranış daha dəyərli hiss etdirər. Bu əmək o qədər böyükdür ki, bunu hansısa ədəbi sözlə ifadə edə bilmirəm.”

Ayzel

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • azər
    Musa müəllim sərsəm fikirləri ilə özünü hörmətdən salmaqda davam edir... O hələ də bilmir ki, azərbaycan ailəsində ailə büdcəsi olur və əksər hallarda bu büdcəni evin xanımı idarə edir. Musa müəllim kimi harınlamış məmur ailələrində isə hər bir ailə üzvünün ayrıca büdcəsi var və onlar hər gün bir- birilərinə müəyyən xidmətə görə pul ötürürlər... Musa əkə ( yerazlara ləkə) xahiş edirəm bizi özünüzlə qarışıq salmayın
    5 years ago
  • RAHİM
    SALAM XEYRƏDDİN BƏY. XALQ BU VAXTA QƏDƏR HADI VƏ MUSA DEPUTATLARDAN BİR KƏLMƏ DƏ OLSUN XEYİRXAH TƏKLİF EŞİTMƏYİB. ÇÜNKÜ XALQ TƏRƏFİNDƏN SEÇİLMƏYİBLƏR.
    5 years ago
  • Anar
    Musa bey yəqin evində xanımı pulla ev işlərin gördüyü üçün belə fikir deyib. Azərbaycan ailəsindəki xanım pulla iş görmür musa bəy Danışanda aqzinizda çıxardığınız sözləri bişirib sonra çıxardın.Artiq siz necə dəfədir ki xalqı ele salacaq açıqlamada verirsiz.Sozlerinize fikir verin.
    5 years ago
    • RAHİM
      RAHİM
      ANAR Bəyin rəyini bəyənirəm. Eşq olsun.
      5 years ago  Like (0)