“Özüm də qorunmaq üçün qapalı məkanlarda maska taxıram”.
Bunu Yenisabah.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
O, XİN rəhbəri Ceyhun Bayramovun xarici qonaqları maska taxaraq qarşılamasına rəy bildirib. Sezar pizza
Xatırladaq ki, bir çoxları nazirin bu addımını hökumətin ictimaiyyəti yenidən maska qadağasına hazırlaması kimi yozub.
Məlahət İbrahimqızı şərhində deyib: “İyun ayının əvvəlində koronavirusa yoluxma demək olar ki, sıfır həddinə qədər enmişdi. Maskadan demək olar ki, hər birimiz bezmişik. Lakin maska qadağası ləğv olunubsa, bu o demək deyil ki, COVID-19 tamamilə məhv oldu getdi.
Nə qədər ki, Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusun məhv olması barədə məlumat yaymayıb, yalnız özümüzü deyil, ətrafımızı da qorumaq üçün hələ də maskadan istifadə etməli, gigiyenaya diqqət yetirməliyik.
XİN rəhbəri Ceyhun Bayramovun xarici qonaqları maska taxaraq qarşılamasını siyasiləşdirmək lazım deyil. Bəlkə, səhhətində başqa bir problemi var? Bəlkə nazirin dodağı uçuqlayıb? Bilmək olmaz.
Hər bir vətəndaş özünün təhlükəsizliyini təmin etməyi bacarmalıdır, bunun üçün dövlətin hər hansı qadağa qoymasına ehtiyac yoxdur.
Niyə də insanlar özlərini qorumasın?! Hökmən maska qadağası qoyulsun?!”
Nəsimi Ələsgərli
Telegram kanalımız