İyulun 1-dən Bakı metropoliteninin "Bənövşəyi xətti"ndə yay qrafikinin tətbiqinə başlanılır.
Bu barədə "Yeni Sabah"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Xətt üzrə qatarların hərəkəti "Xocəsən-8 Noyabr" və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq. pizza sifarişi
Yay qrafikində qatarların "Avtovağzal-8 Noyabr" sahəsində hərəkətinə fərqli interval tətbiq edilməyəcək.
Xətt üzrə davamlı mintorinqlər aparılacaq, bu dövrdə sərnişin axınının dəyişkən xüsusiyyətləri və digər zəruri hallar nəzərə alınaraq, ehtiyat qatarlardan istifadə olunacaq.
"Bənövşəyi xətt" üzrə yay qrafiki yeni tədris mövsümü başlayana qədər qüvvədə olacaq.
Telegram kanalımız