Bərdə-Ağdam-Əsgəran yolunun yenidən qurulması üçün 5 milyon manat ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Bərdə-Ağdam-Əsgəran yolunun yenidən qurulması üçün 5 milyon manat ayrıldı

Sosial

30 Noyabr 2023 13:39 458


On səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.  Dominos pizza

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!