Bərdə rayonunun Piyadalar kəndində monitorinq aparılıb.
Yenisabah.az TƏBİB-ə istinadla xəbər verir ki, monitorinq zamanı kənd əhalisindən 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müəyyən olunub. Həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Xəstələrdən laborator müayinə üçün götürülən nümunələrdən 3-nün nəticəsi müsbət olub. Bu xəstələrin vəziyyəti hazırda stabildir. Yaxın günlərdə xəstələrin evə buraxılması nəzərdə tutulub. pizza
Qeyd edək ki, törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.
Telegram kanalımız