Bərdədə güclü külək bir neçə qəbri dağıtdı

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə güclü külək bir neçə qəbri dağıtdı

Sosial

21 İyun 2024 15:34 421


Bərdə rayonunda güclü qasırğanın aşırdığı irigövdəli ağac qəbirlərə ziyan vurub.

Yenisabah.az report-a istinadla xəbər verir ki, ötən gecə baş verən qasırğa Bərdə rayonunda ciddi fəsadlar törədib.

Rayonun Kələntərli kənd qəbiristanlığında güclü küləyə tab gətirməyərək aşan çoxillik qovaq ağacı Sarıtel Misir qızı Cavadova və Asim Məhəmməd oğlu Cavadovun qəbirlərini tamamilə dağıdıb. Aşan ağacın zərbəsi nəticəsində ətrafda olan qəbirlərdən bir neçəsinin sinə daşlarında çatlar əmələ gəlib. Pepperoni pizza

Kənd sakinlərinin bildirdiyinə görə, küləyin aşırdığı ağac qəzalı vəziyyətdə olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!