Bərdədə xuliqanlıq edən silahlı şəxslər saxlanıldı - Foto
26 Mart 2020 11:48
126

Bərdədə xuliqanlıq edən silahlı şəxslər saxlanıldı - Foto

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq edən silahlı şəxslər saxlanılıb.

Yenisabah.az-a daxil olan məlumata görə, martın 25-də Bərdə rayon sakinləri-əvvəllər məhkum edilmiş Fərid Aslanov, Asif  Süleymanov və Əli Əsədov sonuncunun idarə etdiyi avtomaşınla Bərdə rayonu ərazisində ictimai asayişi pozaraq xuliqanlıq ediblər. Bu zaman onlar vətəndaşlara məxsus avtomaşınlara ziyan vurublar. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıblar. Ə.Əsədovun idarə etdiyi “Priora” markalı avtomaşına baxış keçirilən zaman 1 ədəd 16 kalibrli “İJ” markalı lüləsi və qundağı kəsilmiş odlu silah,  1 ədəd bıçaq, narkotik vasitə hesab edilən marixuana həmçinin F. Aslanovun üzərindən 1 ədəd beşbarmaq və 2 ədəd tüfəng patronu aşkar edilərək götürülüb. Bundan başqa F. Aslanovun üzərindən heroin, A. Süleymanovdan isə tiryək  aşkar edilərək götürülmüşdür. Aparılan tədbirlərlə onların bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonu ərazisində də xuliqanlıq hərəkətləri etdikləri, havaya atəş açdıqları müəyyən olunub. 

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bərdədə xuliqanlıq edən silahlı şəxslər saxlanıldı - Foto

Oxşar xəbərlər