Bərdədə zorakılığa məruz qalan yeniyetmə və anası ilə psixoloji söhbət aparılıb

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə zorakılığa məruz qalan yeniyetmə və anası ilə psixoloji söhbət aparılıb

Sosial

30 Avqust 2022 16:55 874


Bərdə rayonunda cinsi zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan yeniyetmə və anası ilə psixoloji söhbət aparılıb. 

Bu barədə "Yeni Sabah"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, zorakılıq faktı ilə bağlı Dövlət Komitəsi aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirir. Bu məqsədlə Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin, həmçinin Bərdə Qadın Resurs Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfərlər edilib. Bu gün isə azyaşlı və anası Bərdə Qadın Resurs Mərkəzinə dəvət olunub, onlarla psixoloji söhbət aparılıb. pizza

Qeyd edək ki, azyaşlı psixo-sosial dəstək işinə cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!