Təhsil sahəsində ciddi problemlərin olması heç kimə sirr deyil. Bunlardan biri də isə repetitor hazırlığıdır. Artıq iş o həddə çatıb ki, hazırlıq kurslarında təkcə yuxarı siniflərə deyil, 2-4-cü siniflərə də tez-tez rast gəlmək olur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Ramal Şəmşədli bildirib ki, hazırlıq kurslarında şagirdlərin artımı mənfi hal deyil:
“Buna səbəb dərsliklərin çətin olması deyil. Əslində uşaqların hazırlıq kurslarına kiçik yaşlardan getməsi mənə görə, yaxşı haldır. Deməli, valideynlər istəyir ki, uşaqlarını daha da yaxşı yetişdirsinlər. Düzdür, yüklənmə çox olur, amma bəzi mövzuları orta məktəb yaxşı öyrədə bilməz. Fərdi kurslar ödəniş alırlar deyə uşağa daha diqqətli yanaşırlar. Məsələn, uşaq olimipiadaya hazırlaşırsa, məktəb onu hazırlaşdıra bilmir və yaxud valideynin hədəfi övladının xaricdə təhsil almasıdır və o istiqamətdə düşünür, uşağı xüsusi proqramla hazırlaşdırır. Bu gün istər Avropa, istər Amerikada müəyyən qəbul qaydaları var ki, uşaqlar məhz o yöndə hazırlaşmalıdır. Məsələn, Almaniyada oxumaq üçün sadəcə alman dili sertifikatının olması kifayətdir, valideyn düşünür ki, uşağım kiçik yaşdan alman dilindən hazırlığa getsin. Bu dil çox məktəbdə dərs olaraq keçilmir. Belə olan halda, valideyn məcbur olur ki, uşağı hazırlıq kurslarına yollasın”. pizza hut
Ekspert bildirib ki, övladının xaricdə təhsil almasını istəyən valideyn onu Azərbaycanda 5 fəndən repetitor yanına yollamaq istəmir:
“Amerikadakı top universitetlərin qəbul qaydalarına SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanının balı və İELTS imtahanı balı aiddir. Valideyn də düşünür ki, burada uşağımı 5-6 fənndən hazırlaşdırıb vaxt itirəcəyimə, qəbul stressi yaşayacağıma uşağım ingilis dilini mükəmməl öyrənib gedib xaricdə təhsil alsın. Bu gün buna tələbat daha da artıb, özəl baxçalara olan maraqdan da bunu aydın görmək olur, valideynlər uşaq yaşlarından övladlarını bu istiqamətə yönəldirlər. Onlar uşaqları ingilisdilli baxçalara qoyurlar. Bu cür formalaşan uşaqda da gələcəkdə xaricdə təhsil almaq istəyi yaranır. Kurslardakı artım səbəbi də məhz budur.
ADA Universiteti bu gün həm Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticəsi ilə tələbə qəbul edir, həm də SAT imtahanı ilə. Valideyn fikirləşir ki, övladım 5 fənndən hazırlığa getmək əvəzinə, SAT-ə hazırlaşıb bu cür universitetə daxil olsun”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız