Bəşir Hacıyev: “Ağdam-Füzuli avtomobil yolunun inşası gələn il yekunlaşacaq”

saytların hazırlanması

Evə çatdırılma

Bəşir Hacıyev: “Ağdam-Füzuli avtomobil yolunun inşası gələn il yekunlaşacaq”

Sosial

13 Dekabr 2023 12:24 803


Gələn il Ağdam-Füzuli avtomobil yolunun inşasının yekunlaşdırılması nəzərdə tutulub.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

O qeyd edib ki, Bərdə-Ağdam avtomobil yolunun inşası da yekunlaşmaq üzrədir: Dördpendirli pizza

"Artıq həmin ərazidə "Azərenerji" ASC 2 yarımstansiya istifadəyə verib. Ağdamda "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq 2026-cı ilin sonuna qədər 5 yaşayış məhəlləsi və 12 kənd inşa olunaraq sakinlərə təhvil veriləcək. Ağdamda tarixi-mədəni abidələr də bərpa olunur, mərkəzi və meşə parkları layihələndirilir və yaxın zamanda inşasına başlanacaq. Ağdam əvvəllər də sənaye şəhəri kimi tanınıb. İndi burada sənaye parkı var və rezidentlər zavod, fabriklərin inşasına başlayıb. Növbəti il onların bir neçəsinin açılışı olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!