Bəxtiyar Sadıqov: Pul ayrılmasa, “Azərbaycan” qəzeti bağlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Sadıqov: Pul ayrılmasa, “Azərbaycan” qəzeti bağlanacaq

Sosial

13 İyun 2023 12:50 877


“Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyətini dayandıracaq”.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin iclasında “Azərbaycan” qəzetinin Baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

Deputat bildirib ki, ötən il müraciətləri əsasında birdəfəlik yardım göstərilib: “Mən cari ildə qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Qəzetin maliyyə və texniki təminatı Milli Məclis tərəfindən edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir. Dördpendirli pizza

Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir. Əks təqdirdə çapımız dayanacaq. Qəzetdə 65 yaradıcı və texniki işçi çalışır. İş rejimimiz rəsmi materiallardan asılı olaraq, 2 və ya 3 növbəli olur. Bir çox əməkdaşımız uzun illərdir, qəzetdə işləyir. Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər. İşçilərin mətbuat xidmətlərində və digər yerlərdə işlə təmin olunmasını xahiş edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!