Toy hazırlıqlarının vacib hissələrindən biri də bəylə gəlinin ilk rəqsidir. Buna görə də bir çox cütlük toy öncəsi peşəkar rəqs dərslərinə müraciət edir. Bakıda fəaliyyət göstərən rəqs məktəblərində milli rəqs, vals və fərqli rəqs proqramları təklif olunur. Qiymətlər isə müəllimdən, seçilən rəqs növündən və dərs paketindən asılı olaraq dəyişir.
"Yeni Sabah" valyuta.az-a istinadla xəbər verir ki, Bakıda fəaliyyət göstərən bir neçə rəqs məktəbinin qiymətləri məlumdur:
İffy Dance School pizza
vals və milli rəqs dərslərinin qiyməti müəllimdən asılı olaraq dəyişir. Digər müəllimlərdə bu rəqslər 80-100 manata, İftixar müəllimdə isə 150 manata tədris olunur. Bir musiqidə bir neçə rəqsin öyrədildiyi miks rəqs proqramının qiyməti isə digər müəllimlərdə 120-150 manat, İftixar müəllimdə 250-300 manat təşkil edir.
Dila Dance Group
milli və vals rəqslərinin öyrədilməsi üçün 120 manat ödənilir. Dərslər həftədə iki dəfə olmaqla, hər biri 1 saat davam edir.
Uğurum Rəqs Qrupu
toy üçün vals, milli və digər rəqsləri əhatə edən proqram təklif edir. Paketin qiyməti 500 manatdır və rəqslər 8 dərs ərzində öyrədilir.
İnci Rəqs Qrupu
toy rəqsləri üzrə 8 dərslik paket 150 manata təklif olunur. Öyrədiləcək rəqslər bəylə gəlinin istəyinə uyğun seçilir.
Nur Dance
toy rəqsləri üzrə 8 dərslik proqramın qiyməti 150 manatdır. Bu müddət ərzində toy üçün lazım olan bütün rəqslər öyrədilir.
Edera Rəqs Mərkəzi
qiymətlər müəllimdən asılı olaraq dəyişir. Milli və vals rəqslərinin hər biri 100-150 manat, hər iki rəqsi əhatə edən paket isə 150-250 manat arasında dəyişir.
Bakı Rəqs Akademiyası
bir rəqsin tam qurulması 120 manata təklif olunur. Proqram 4 dərs ərzində tamamlanır və hər dərs 1 saat davam edir.
Karma Nargiz Mahmudzade
rəqs studiyasında bəy-gəlin üçün xüsusi xoreoqrafiya paketi təklif olunur. Bu ay qeydiyyatdan keçən cütlüklər üçün qiymət 645 manatdır. Proqram 6 dərs (ümumilikdə 6 saat) ərzində keçirilir. Qiymətin rəqsin çətinlik dərəcəsindən asılı olaraq dəyişə biləcəyi bildirilir. Rəqs musiqisi cütlüyün istəyinə uyğun sərbəst seçilir və xoreoqrafiya həmin musiqiyə uyğun olaraq bəy-gəlin üçün fərdi şəkildə hazırlanır.
Telegram kanalımız