Bəyimxanım Vəliyevanın solo konserti olacaq - Video 

saytların hazırlanması

Evə çatdırılma

Bəyimxanım Vəliyevanın solo konserti olacaq - Video 

Şou

10 Aprel 2023 11:36 1107


May ayının 4-ü, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Bəyimxanım Vəliyevanın solo konserti baş tutacaq. 

Yenisabah.az xəbər verir ki, konsert Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunaraq "Sən elə bir zirvəsən" adı altında keçiriləcək.

Bəyimxanımı səhnədə bədii rəhbər Rövşən Qurbanov olmaqla "Buta" instrumental ansamblı müşayət edəcək. Dördpendirli pizza

Konsert bir-birindən rəngarəng musiqi repertuarı ilə zəngin olacaq. Repertuarda həmçinin Bəyimxanımın ifasında çox sevilən "Yollara yağış yağır" mahnısının da yer alacağı gözlənilir.

Qeyd edək ki, Bəyimxanımın ilk solo konserti 2015-ci ildə Heydər Əliyev sarayında baş tutub.

Qeyd edək ki, B.Vəliyeva sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!