“Beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiqləri artırmalıdır” -   Elçin Əmirbəyov

saytların hazırlanması

Evə çatdırılma

“Beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiqləri artırmalıdır” - Elçin Əmirbəyov

Siyasət

19 Oktyabr 2020 15:55 735


“Ermənistan Azərbaycan xalqına qarşı etnik təmziləmə siyasəti həyata keçirir. Onlar Azərbaycanın 20 faiz ərazisini işğal edib. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.

O bildirib ki, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həll olunmasını gözləyib: Dördpendirli pizza

“Lakin əfsuslar olsun ki, Ermənsitan qeyri-konstruktiv mövqe göstərərək, münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Azərbaycan konstruktiv mövqe nümayiş etdirsə də Ermənsitan təxribatlara əl atdı. Bu gün də Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətlərini törətməkdə davam edir. Paşinyan da öz sələflərində heç nə ilə fərqlənməyib və xalqmıza qarşı müharibə cinayətlrəinin törədilməsinə davam edib. Ermənistanın bütün bu çirkin əməllərinə baxmayaraq Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasının mümkünlüyünü bildirdi. Lakin Ermənistan son iki atəşkəs razılaşmasını pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutdu. Gəncədə faciə yaşandı. Beynəlxalq təşkilatlar Ermənistanın bu vandalizm hərəkətlərinin qarşısını almalıdır və onlara qarşı təzyiqləri artırmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!