Əməkdar artistdən tənəli sözlər:   “İkinci dəfə ərə getmək çox vacibdir?!”

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistdən tənəli sözlər: “İkinci dəfə ərə getmək çox vacibdir?!”

Sosial

12 Noyabr 2021 20:47 11066


Qadın haqları və qadına qarşı zorakılıq halları, təcavüzlə bağlı məsələ tez-tez müzakirəyə çıxarılır. Amma fakt budur ki, ölkəmiz də daxil olmaqla, dünyada qadınlara qarşı zorakılıq da ciddi problem olaraq qalır. Bəs görəsən, nədir bu problemin kökündəki məqam? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Nahidə Orucova bir müddət əvvəl İmişlidə baş vermiş təcavüz hadisəsini xatırlayıb.

Aktrisa bu kimi hadisələrdə günahı analarda görüb: Dördpendirli pizza

“Bu hadisələri görəndə söz tapa bilmirəm. Bu yaxınlarda İmişlidə 11 yaşlı uşağa təcavüz edildi. Bəzi analar bu mövzularda diqqətli olmalıdırlar. Mən hamıya şamil eləmirəm, lakin bəzən bu tip hadisələrdə anaların da günah payı olur. O evdə ki qız uşağı böyüyür. İkinci dəfə ailə qurmaq, həm də özündən yaşca kiçik birinə ərə getmək çox vacibdir? Qadın ilk növbədə, uşağını fikirləşməlidir. Ana düşünməlidir ki, uşağının gələcəyi var.

Bilirsiniz, hər kişiyə də etibar etmək olmaz. Məncə, bu mövzuda analarda təqsir var. Məsələn, elə analar var ki, bütün ömrünü evinə, uşağına həsr edir. Bu tip analar sənət adamları içərisində də var. Sənətdə olan o qədər məşhur var ki, onun üçün ailəsi, uşağı hər şeydən dəyərlidir. Onlar sənətləri ilə birgə, evlərinə də, uşaqlarına da yetərincə vaxt ayırırlar. Bunları düşünmək, uşaqları nəzərə almaq mütləqdir”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Bu özü iki həftə qabaq eri bunu başqasıyla yaşadığına görə qəbul etmədiyini vurquladi hetda başqası öz toy gecesinde bunun yanına gəldiyini özü açıqlama verdi.İndi ne deyir bu?
    5 years ago