Bəzi dərmanların qiyməti niyə 2-3 dəfə artıb? - Nazirlikdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bəzi dərmanların qiyməti niyə 2-3 dəfə artıb? - Nazirlikdən açıqlama

Sosial

10 Noyabr 2022 15:28 895


Satışda tapılmayan dərmanların bir müddət sonra qiymətinin 2-3 dəfə artmış şəkildə geri qayıtması məsələsinə aydınlıq gətirilib.

Yenisabah.az xəbər verir ki, Səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib ki, Azərbaycanda dərmanların qiymətini Tarif Şurası müəyyənləşdirir:

“Tarif Şurasının özünün də qiymətləndirmə metodları var. Tarif Şurasının hər hansı bir dərman, yaxud yeni dərmanlar ölkəyə daxil olanda alternativ ölkələrlə hesablama formaları var”. Sezar pizza

Səhiyyə nazirinin müavini yerli dərman istehsalı sahəsində işlər görüldüyünü diqqətə çatdırıb:

“Artıq iki şirkət – “Diamed Co” və “Erfam” şirkətləri yerli istehsala başlayıblar. Bu yaxınlarda Ələt Azad İqtisadi Zonasında İsrailin şirkəti ilə yeni istehsal müəssisəsi qurulmalıdır. İqtisadiyyat Nazirliyi ilə birlikdə bu istiqamətdə ciddi əməkdaşlıq var. Yeni investorların cəlb olunması ilə dərman istehsalını artırmaq istəyirik ki, idxaldan asılılığı aradan qaldıraq”, o deyib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!