“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər”

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi direktorlar “8 Mart”-a görə, koronavirusa yoluxma sayını gizlədirlər”

Sosial

03 Mart 2021 15:38 642


“Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar günü gəlir. Bu bizim təhsildə həmişə ağrılı problem olub. Fevralın sonlarında bəzi müəllimlər tərəfindən şikayətlər ünvanlandı ki, 8 Martla bağlı məktəblərdə bəzi addımlar atılır”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri  "APAralel" verilişində təhsil üzrə ekspert Elçin Əfəndi səsləndirib. 

Ekspert Təhsil Nazirliyindən məktəblərdə yoxlama aparmasını təklif edir. Sezar pizza

“Bəzi məktəb direktorları qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar gününə görə məktəbdə koronavirusa yoluxma faktını gizlədirlər. Ağdam rayonunda fəaliyyət göstərən bir məktəbdə çalışan müəllimə bununla bağlı bizə şikayət edib”. 

Elçin Əfəndi qeyd edir ki, bəzi məktəblərdə direktorların qəsdən istilik sistemini sıradan çıxartmalarını iddia edir:

“Buna səbəb kimi bəzi direktorlar və müəllimlər üçün onlayn təhsilin sərf etdiyini bildirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!