Bəzi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb   - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Sosial

22 İyun 2023 20:14 661


Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Şahbuz, Gədəbəy, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

İyunun 22-də yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay və Gəncəçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Goranboy rayonu ərazisindən axan Gorançaydan və Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib və hazırda davam edir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!