“Bəzi yerlərdə dezinfeksiya üçün spirt əvəzinə sadə su olur” - Şok iddia
08 Avq 2020 16:11
393

“Bəzi yerlərdə dezinfeksiya üçün spirt əvəzinə sadə su olur” - Şok iddia

“Operativ Qərargah tərəfindən karantin rejiminin yumşaldılmasını, bəzi ticarət obyektlərinin açılmasını alqışlayıram. Bir çoxları son dövrlər karantin rejiminin həddindən artıq ağır olması barədə fikirlərimi yanlış yozdular, hətta məni qınayanlar da oldu. Bir daha təkrar edirəm koronavirus yox olmayıb və yaxın zamanlarda bu gözlənilmir. Ona görə də bu gün yenə də ən vacibi karantin qaydalarına riayət etməkdir”.

Yenisabah.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Bu gün hakimiyyətin nəzarət sistemini həyata keçirməsindən də vacibi hər birimizin nəzarətçi funksiyasını yerinə yetirməyimizdir. Bu addım özümüzün qaydalara riayət etməyimizdən başqa digərilərini də buna çağırmağımız və həyata keçirilən qaydalara riayət edilməsini özümüzün də yoxlamamızdır. Adi bir halı qeyd edim. Bir çox yerlərdə qapalı məkana girişdə spirt və digər antiseptik mayelərlə dezinfeksiya aparılır. Aldığım dəqiq məlumatlara görə bir sıra yerlərdə dezinfeksiya üçün spirt əvəzinə sadə su olur. Bu və buna oxşar halları müəyyən edən kimi ictimailəşdirib belələrini ifşa etmək lazımdır. Hamı bilməlidir ki, yoluxma halları çoxalarsa hakimiyyət yenidən karantin qaydalarını sərtləşdirəcək və əgər özümüzü qorumaq istəyiriksə bu məcburi addımdır...” – A.İsmayılov qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər