“Bəziləri “TikTok”da canlı yayım açıb Quranı qoyur qarşısına...” 

saytların hazırlanması

Evə çatdırılma

“Bəziləri “TikTok”da canlı yayım açıb Quranı qoyur qarşısına...” 

Sosial

27 Yanvar 2023 14:39 1326


Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimə dəstəmazsız toxunulub toxunula bilməyəcəyi hər zaman mübahisəli mövzu olub. İlahiyyətçı Elşad Mirinin Quran haqda söylədiyi “İnsanlar arasında belə yanlış fikirlər ortaya çıxıb ki, ona dəstəmazsız Qurana toxunmaq olmaz, qadın menstruasiya dövründədirsə, başı açıqdırsa, Qurana toxuna bilməz və s. Quran masaüstü kitab olmalıdır, yeri gələndə yataq otağımızda olmalıdır, istədiyimiz anda açıb oxumalı, düşünməliyik” fikirləri bu müzakirələri daha da qızışdırıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan İlahiyyatçı Əkrəm Həsənov da Quranın masaüstü kitab olmasının tərəfdarı olduğunu bildirib:

“Qurani-Kərim bütün müsəlmanlar üçün çox müqəddəs və əziz bir kitabdır. Çünki  Allahın göndərdiyi son ilahi vəhylər onda cəmləşib. Buna görə də on dörd əsrdir ki, müsəlmanlar bu müqəddəs kitaba daim ehtiramla yanaşırlar. Müsəlmanların inancına görə Qurani-Kərim Allahın kəlamlarıdır. Yəni Allah öz kəlamlarını deyib, Cəbrayıl mələyi də gətirib onu Məhəmməd peyğəmbərin qəlbinə yerləşdirib.  Buna görə Quran Allahın kəlamları sayılır. pizza sifarişi

Ona görə müsəlmanlar Qurana adi kağız parçası kimi baxa bilmirlər. Bu gün əllərdə olan Quranların hamısı istehsal olunan kağızdır düzdür, ancaq orada yazılanlar Allahın kəlamıdır deyə biz ona hörmət edirik. 

Düzdür, müasir dövrümüzdə bəzən bu məsələləri çox şişirdirlər, bəzi dindarlar fanatizmə doğru gedir. Onlar Qurani-Kərimi sanki toxunulmaz bir şey kimi qəbul edirlər, bu isə doğru deyil. Çünki Allah Quranı

bizə ona görə nazil edib ki, açıb onun sözlərini oxuyaq. Gündəlik kitab kimi biz Quranı stolumuzun üstünə qoyub oxumalıyıq, nə isə öyrənməliyik. Qurani-Kərimə toxunmaq da, oxumaq da olar”.

İlahiyyatçı sosial şəbəkələrdə Quran açaraq fala baxdığını iddia edən insanlar haqda danışıb. O, bu insanların cəmiyyəti aldatdığını qeyd edib:

“Son vaxtlar Qurandan yanlış yöndə istifadə edənlər də var. Məsələn, bəziləri “TikTok”da canlı yayım açıb Quranı qoyur qarşısına. Guya Quranla kiminsə falına baxır, taleyini həll edir. Halbuki Qurani-Kərimdə heç kimin taleyi haqda nə isə yazılmayıb. O cür insanlar cəmiyyəti aldadırlar. Quran nə fala baxmaq, nə də ölüyə oxunmaq üçün nazil olunub. Bu kitab həyatda olan insanlar üçün nazil olunub ki, oxusunlar və rəbbinə qarşı imanları artsın. Bu kitabı oxuyaraq insanlar mənəvi cəhətdən rahatlıq tapırlar. Təsəvvür edin ki, hansısa alim böyük bir əsər yazır, özündən sonra onu qoyub gedir. Həmin yazılanları oxuduqda sanki həmin alimlə söhbət edirsən. Qurani-Kərim də belədir, o Allahın kitabıdır və bu zaman sanki Allahla danışırsan. Elə ayələr var ki, oxuduqca elə bilirsən Allah səninlə danışır”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!