“Erməninin etdiyi hərəkətlər Prezidentə, xalqa vız gəlir!”
Bunu Yenisabah.az-a Xalq artisti Bilal Əliyev deyib.
O, düşmənin təxribatları fonunda xalqın birlik nümayiş etdirməsinin vacibliyini vurğulayıb: pizza hut
“Azərbaycan Prezidenti cənab İlham Əliyev nə siyasət yürüdürsə, çox doğru yürüdür, nə edirsə, ağılla, uzaqgörənliklə edir. O, Ulu öndərin yanında böyüyüb, onun təcrübəsini keçib, özü də ağıllı, savadlı insandır. Əlbəttə, Prezidentimiz nə edirsə, əla edir. Onun verdiyi əmrlərin hamısı yerli-yerindədir. İnşallah, bunun bəhrəsini bütün Azərbaycan xalqı görəcək. Mən hər kəsi İlham Əliyevin ətrafında möhkəm birliyə çağırıram, xalqımız bir olmalı, düşmənin təpəsinə yumruğu birgə vurmalıdır”.
Sənətçi qeyd edib ki, bu tip təxribatlar Azərbaycan xalqını qorxuda bilməz:
“Azərbaycan vətəndaşları elə əzab-əziyyət görüb möhkəmləniblər ki, onları nə iləsə qorxutmaq mümkün deyil. 90-cı illərdə xalqımızın başına nə oyunlar gətirdilər, xalqımız nəyi necə harada etmək lazımdırsa, bilir. Ağıllı Prezidentimiz çox böyük məktəb öyrədib bizə. Ona görə də erməninin etdiyi hərəkətlər Prezidentə, xalqa vız gəlir! Onların təxribatlarının bizə heç bir təsiri ola bilməz.
Avropa dövlətlərinə bir sualım var: necə olur ki, 28 il xalqım öz yurdundan didərgin düşəndə səsinizi çıxarmırdınız, kar olmuşdunuz, amma indi Zəngəzurdan bir addım o yana atılan kimi deyinirsiniz? Birincisi, o torpaqların hamısı bizim torpaqlardır. Vaxtilə alıb erməniləri yerləşdiriblər. Bəs onda hegemon dövlətlər hara baxırdılar? Gözləri kor idi?!”
Əsmətxanım
Telegram kanalımız