Biləcəri qəsəbəsindəki Nur yaşayış massivində yerləşən 314 nömrəli məktəbin şagirdləri məktəbə yollanmaq üçün qəbiristanlıqdan keçməli olurlar.
Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, valideynlər ötən ilə qədər yolun qəbiristanlıqdan kənarda olduğunu bildiriblər. Lakin indi bu ərazilər özəlləşdirilib.
Biləcəri bələdiyyəsinin sədri Ehtibar Cabbarov məsələnin araşdırılacağına söz verib. Toyuqlu pizza
Telegram kanalımız