Elgiz Əkbər vaxtilə başına gələn oğurluq hadisəsi barədə danışıb.
Yenisabah.az xəbər verir ki, bu haqda o, "Elgizlə izlə" proqramında danışıb.
"O vaxt Biləsuvarda mənim ayaqqabılarımı oğurlamışdılar. Mən orada tədbirdə iştirak edəcəkdim, hazırlaşmışdım, kostyumumu geyinib, kəpənək qalstuk taxmışdım. pizza sifarişi
Tədbirin başlamağına az qalmışdı. Geyinməyimiz üçün bir çadır qurmuşdular, orada hazırlaşıb çıxırdıq. Çadırdan çıxanda gördüm ki, ayaqqabılarım yoxdur. Haray-həşir saldım ki, ayaqqabılarım yoxdur, hamı axtardı. Çadırın yaxınlığında bir çay evi vardı, orada çalışan qadın səs-küyü görüb mənə yaxınlaşdı, dedi ki, mənim adım olmasın, bayaq ayaqqabıları bir nəfərin əlində gördüm, sonra ayaqqabıları çaya atdı.
Özümü itirmədim, oğlanlardan birinə yaxınlaşdım ki, ayaqqabılarını mənə ver. Onlardan birinin ayaqqabısını geyindim və tədbirə çıxdım, ayaqqabılar ayağıma balaca idi, sonra ayağımın ağrısından öldüm. Amma yenə də vəziyyətdən çıxa bildim. Ondan sonra hara gedirəmsə, əşyalarımı yanımdan ayırmıram, qoruyuram".
Elgiz oğurluğu həmkarlarından birinin etdiyini deyib;
"Həmin adam bu hərəkəti niyə etmişdi, hələ də anlamıram. Allah haqqı, məndən də məşhur idi. Mən təzə gəlmişdim, o qədər də məşhur deyildim, amma o tanınırdı. Həmin tədbirdə 2 aparıcı olduğunu biləndə şok olmuşdu. Elə mənim özüm də təəccüblənmişdim. İndi həmin adamla dostuq. Elə bilir ki, bu hadisədən xəbərim yoxdur. Heç vaxt da bunu üzünə vurmamışam. Çünki üzünə vursam, münasibətlərimiz korlana bilər. O vaxt çox məşhur idi, mənə paxıllıq etdi".
Telegram kanalımız