Biləsuvarda Şəhidlərin Xatirə Kompleksi açıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda Şəhidlərin Xatirə Kompleksi açıldı - Fotolar

Sosial

27 Aprel 2021 20:27 895


Biləsuvar rayonunda Şəhidlərin Xatirə Kompleksinin açılışı mərasimi olub.

Yenisabah.az xəbər verir ki, Ağalıkənd kəndində inşa edilən kompleks kənd şəhidlərinin xatirəsinə həsr olunub.

Kompleksin açılış mərasimində şəhidlərin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Biləsuvar rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Pepperoni pizza

Tədbirdə qeyd olunub ki, Ağalıkənd kəndi I Qarabağ müharibəsində 2, Vətən müharibəsində isə 6 şəhid verib.

Belə ki, xatirə kompleksində Birinci Qarabağ müharibəsi şəhidləri - Coşqun Qurbanov və İmanverdi Hüseynov, eləcə də İkinci Qarabağ müharibəsi şəhidləri - Ruslan Qurbanov, Osman Bayramov, Surac Sadıqov, Elmar Mirzəyev, Ziyəddin Xanaliyev və Əlyar Məmmədovun adları, fotoları və onlar haqqında məlumatlar öz əksini tapıb.

Allah rəhmət eləsin!

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!