Biləsuvar rayonunda baş verən zəncirvari yol qəzası nəticəsində ölən və xəsarət şəxslərin kimlikləri bilinib.
"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, xəsarət alanlar Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Mahmudağa Hacıağa oğlu Əliyev, Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Nişanə Mübariz qızı Əmənova, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Rauf Volodiya oğlu Məmmədov və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Mübariz oğlu Əhədovdur.
Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Fəxrəddin Adil oğlu Qurbanov dünyasını dəyişib. pizza
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, yolun Bakı istiqamətində hərəkət edən "Niva" markalı avtomobil yolun kənarında dayanan "Mercedes" markalı avtomobillə toqquşub. Sonra zərbənin təsirindən idarəetmədən çıxan "Niva" və "Mercedes" markalı avtomobillər daha iki maşınla toqquşub.
Telegram kanalımız